“Zərgərlik sənayesində kölgə iqtisadiyyatı ilə mübarizə tədbirləri və təşviq mexanizmlərinin tətbiqi müsbət nəticələrə yol açıb”
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” profilində qeyd edib.
Bildirilib ki, 2022-ci ildə qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatlarının ölkədaxili dövriyyəsi 2021-ci illə müqayisədə 42% artaraq 152 milyon 835 min manat olub. Son iki ildə zərgərlik bazarı üzrə dövriyyə 378% artıb.