Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Nazir paylaşımı özünün “X” sosial şəbəkə hesabında dərc edib.
“Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik”, – paylaşımda qeyd edilib.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir. #Vətənmüharibəsi-ndə qəhrəmancasına döyüşərək dövlətimizin ərazi… pic.twitter.com/8P7LJU33R0
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 27, 2023