• Ça. Noy 26th, 2024

Mikayıl Cabbarov sahibkarları təbrik etdi – FOTO

ByYenigun.news

İyn 27, 2023


Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur.

Bunun bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45% artıb və qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə yüksəlib. 2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, vergi daxil olmaları isə 61% artıb. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir