• Ca. Okt 31st, 2024

Mikayıl Cabbarov Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktını şiddətlə qınayıb – FOTO

ByYenigun.news

Yan 27, 2023

“Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayırıq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Hadisə nəticəsində həlak olmuş baş leytenant Orxan Əsgərovun ailəsinə və yaxınlarına səbir, yaralılara isə şəfa diləyirik. Allah rəhmət eləsin. Diplomatlarımızla həmrəyik. Öncə Vətən”, – deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir