Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı olub.
O, XX əsrin əvvəllərində dünyadakı geosiyasi vəziyyət fonunda ümumən Azərbaycanda, xüsusən də vaxtilə İrəvan xanlığı ərazisi hesab olunan bölgədə hökm sürən ictimai-siyasi vəziyyətdən söhbət açıb.
Bildirib ki, ermənilər 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra Cənubi Qafqaza, o cümlədən İrəvan quberniyasına köçürülüblər və bölgənin aborigen əhalisi sayılmırlar.
Tarixçi-alimin sözlərinə görə, azərbaycanlıların tarixi torpaqlarına köçürülən ermənilər bu bölgədə yaşayıb, demoqrafik vəziyyətə təsir edib, varlanıb, silahlanıb, daha sonra özlərinin terror təşkilatlarını yaradıblar. Bu təşkilatların başlıca hədəfi bölgənin aborigen əhalisini terror yolu ilə qətlə yetirmək, azərbaycanlılara məxsus torpaqlarda erməni dövləti yaratmaq olub.
Professor vurğulayıb ki, ermənilər XIX əsrdə və XX əsrin əvvəlində Cənubi Qafqazda öz niyyətlərini həyata keçirmək üçün Almaniya İmperatorları Birinci Vilhelmə, İkinci Vilhelmə, həmçinin Böyük Britaniya hakimiyyətinə dəfələrlə müraciət edib, dəstək istəyiblər:
“Lakin Birinci Vilhelm sərt şəkildə bildirib ki, “mən bir cılız alman əsgərinin meyitini bütün erməniliyə dəyişmərəm”. İkinci Vilhelm də ermənilərin müraciətinə rədd cavabı verərək bildirib ki, “bütün ermənilərin hamısını öldürmək, yalnız birini saxlamaq lazımdır. Onu da etnoqrafiya muzeyinə qoymaq üçün”. İkinci Vilhelmin erməni məsələsinə baxışı belə idi ki, əgər dünya pisliklərdən xilas olmaq istəyirsə, ilk növbədə ermənilərdən xilas olmalıdır”.
Millət vəkili M.Qasımlı söyləyib ki, sonda Çar Rusiyasının, ardınca da bolşeviklərin himayəsinə sığınan ermənilər Qafqazda azərbaycanlı, gürcü, rus, yəhudi məmurlara qarşı silsilə terror aktları, sui-qəsdlər törədiblər.
Alim bildirib ki, Qafqazda azərbaycanlılara qarşı ilk erməni hücumu 1905-1907 və 1918-ci illərdə deyil, XIX əsrin sonlarında İrəvandakı Bazar meydanında təşkil olunub:
“Ancaq həmin vaxt azərbaycanlı ağsaqqalların, nüfuzlu şəxslərin prosesə çevik müdaxiləsi, soydaşlarımızın özünü son dərəcə təmkinli aparması bu toqquşmanın daha böyük miqyas almasına imkan verməyib. Sonrakı tarixlərdə Azərbaycan ərazilərində baş verən qətliamlara, silahlı quldur dəstələrinə ən məşhur erməni terrorçuları, o cümlədən Andranik, Amazasp, Dro, Nijde və başqaları rəhbərlik ediblər. Azərbaycanlılara qarşı kütləvi terrora, soyqırımlarına erməni kilsəsi, din xadimi sayılan keşişlər də böyük dəstək veriblər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: