“Bu bütövlukdə Azərbaycana qarşı olan hücumdur”.
Bu sözləri millət vəkili Hikmət Məmmədov bu gün Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, İran beynəlxalq öhdəliyi pozur:
“Xüsusən hücum zamanı səfirlik qarşısında olan polisin hərəkətsizliyi müəyyən şübhələr doğurur”.
Millət vəkili əlavə edib ki, bu vaxtadək bəzi İran rəsmiləri Azərbaycana qarşı radikal davranmasaydılar, 44 günlük Vətən müharibəsində ermənilərə yardım etməsəydilər, biz bu hücumun terror aktı olması ilə bağlı şübhələnməzdik:
“İran mütləq cavab verməlidir”.
Daha ətraflı Baku TV-nin süjetində: