Milli Məclisin iclasında Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərar layihəsi müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına əsasən, deputat Səməd Seyidov deyib ki, Azərbaycanın Paraqvayla əlaqələri inkişaf etdirməsi vacib məsələdir.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Həmin işçi qrupun sədri Hikmət Məmmədov təyin edilib.
Aqşin Kərimov