“Qərbi Azərbaycana soydaşlarımızın qayıdışı yalnız hüquqi yolla olacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, təkcə ölkə daxilində deyil, beynəlxalq istiqamətdə də bu sahədə işlər davam etdirilir:
“Türkiyədə Qərbi Azərbaycanla bağlı onlarla dərnək var. Eyni zamanda, Rusiyada da onların sayı kifayət qədərdir. Biz əminik ki, Qərbi Azərbaycana soydaşlarımız sülh yolu ilə qayıdacaqlar. Bir daha bildiririk ki, silah və tankla yox, möhtərəm Prezidentin dəmir idarəsi ilə bu proses olacaq. Bunun üçün hüquqi sənədlərin olması çox vacibdir. Qayıdış bundan sonra, sadəcə, hüquqi yolla və sülhlə olacaq”.