• C. Dek 26th, 2025

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib – FOTO

Byadmin

Apr 13, 2023


Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib.

Bu barədə Milli Məclisdən bildirilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.