• Şb. Noy 30th, 2024

Milli Qəhrəmanı qızı atasının şəhid olduğu məkanda: “Şuşanın hər qarışı mənə atamı xatırladır” – VİDEO

ByYenigun.news

Yan 28, 2024


Ukraynanın Xarkov şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə edilən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin qızı Oksana Seryogina Şuşaya səfər edib.

Bu barədə “İTV Xəbər” reportaj hazırlayıb.

Milli Qəhrəmanın qızı bildirib ki, müqəddəs torpaqlara gəlmək onun arzusu olub:

“Yeridiyim bu torpaqda atamın qanı var. Bu, bizim üçün, xalq üçün, vətən üçün bir sınaq idi. Şuşanın hər qarışı mənə atamı xatırladır”.

Qeyd edək ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

Onun 1992-ci il yanvarın 28-də idarə etdiyi və göyərtəsində 47 sərnişinin olduğu “Mi-8” mülki helikopteri erməni mövqelərindən atılan “Stinger” raketi ilə vurulub.

Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir