• Şb. Noy 23rd, 2024

Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub – FOTO

ByYenigun.news

Noy 2, 2023


Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olunub.

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olub.

Rusiyada hərbi xidmətdə olan Faiq Rəfiyəv ordudan təxris olunduqdan sonra Arxangelsk vilayətində milis sistemində çalışmağa başlayıb.

Daha sonra leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam etdirib.

Qanli yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq, Xocavənd rayonuna sahə müvəkkili təyin olunub.

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən F.Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərib.

9 yanvar 1992-ci ildə Köçbəy kəndinin erməni silahlılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qeyd edək ki, Faiq Rəfiyev doğulduğu Saracıq kəndində dəfn olunub.

Ölümündən sonra isə “Milli Qəhrəman” adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir