• Şb. Noy 2nd, 2024

Mina dərdi və Ermənistanın cəzasızlığı: Daha iki nəfər həlak oldu – ŞƏRH

ByYenigun.news

Mar 16, 2023


Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın vaxtı ilə basdırdığı minalar cinayət aləti kimi hələ də qalmaqda davam edir.

Beynəlxalq ictimaiyyət isə bu cinayət alətini aradan qaldırmaq üçün cinayətkarın özünə cəza verməkdən yayınır.

Minaların mövcudluğu humanitar missiyaların həyata keçirilməsinə, məcburi köçkünlərin dədə-baba torpaqlarına geri qayıtmalarına maneə yaradan amillərin başında dayanır.

Ancaq nədənsə başqa zaman humanitar missiyaların məqsədlərini gözə soxanlar bu məsələdə susqunluq nümayiş etdirirlər.

Bu susqunluq Ermənistanın cəzasız qalmasını stimullaşdırır. Ermənistan cəzasız qaldıqca minaya düşərək ölənlərin sayı da artır.

Bildirək ki, mina partlayışı daha iki can alıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 1999-cu il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov mina partlayışı nəticəsində həlak olublar.

Onların ölüm faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Qeyd edək ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirək ki, Ermənistan 10 Noyabr Bəyanatından sonra bir neçə dəfə mina xəritələrini Azərbaycana verib. Lakin onların dəqiqliyi 25 faizdir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası humanitar minatəmizləmə əməliyyatları zamanı çətinliklər də yaradır. 

Azərbaycan minalarla çirklənmiş əraziləri təmizləmək üçün imkanlarını gücləndirir.

Burada tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi prioritetdir.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir