Mina Məsləhət Qrupunun ölkəmizdəki direktoru Şanet Daykstra Baku TV-nin qonağı olub.
O, ANAMA ilə birgə görülən işlərdən, keçirilən təlimlərdən danışıb.
“ANAMA çirklənmiş əraziləri təmizləmək kimi böyük bir vəzifəni öhdəsinə götürüb və bunun başa çatdırılması çox böyük bir iş olacaq, lakin onlar öz işlərinə sadiqlik nümayiş etdirirlər və bizim buradakı işimiz bütün bu prosesin təhlükəsiz və mümkün qədər tez bir vaxtda bitməsi üçün əlimizdən gələni etməkdir”, – deyə Ş. Daykstra qeyd edib.
Niderlanddan olan qonaq gördüklərini, qazanılan təcrübəni digər ölkələrlə bölüşməyi də düşünür:
“Beynəlxalq minatəmizləmə cəmiyyətlərində iştirak etmək çox vacibdir. Çünki qazanılmış bilik, məlumat və qabaqcıl təcrübələri bölüşmək irəliyə gedə bilmək üçün yeganə yoldur. Beləliklə, biz bir ölkədən digərinə keçirik. Azərbaycanda, xüsusilə ANAMA ilə birgə işdə əldə etdiklərimizi minalardan əziyyət çəkən digər ölkələrlə də bölüşmək üçün çox güclü biliklərə sahib olmaq lazımdır”.
Qeyd edək ki, ötən il Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. İlk əməkdaşlıq isə 2000-ci illərin əvvəllərində ANAMA ilə MAG arasında humanitar minatəmizləmə fəaliyyətində texniki dəstəyin göstərilməsi üzrə olub.
Daha ətraflı süjetdə: