“Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin əməkdaşının səfirliyə hücum nəticəsində həlak olması ilə əlaqədar dost Azərbaycan dövlətinin hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əbu Zeyd bəyan edib.
XİN sözçüsü Misirin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu bildirib.