“Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaq”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Politoloq bildirib ki, bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki Ermənistan bu halda nəqliyyat və logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı əldə edəcək.
Qaluzin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Naxçıvanla ölkənin digər bölgələri arasında daimi nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək.
“Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirməyə köklənmişik”, – deyə Qaluzin vurğulayıb.
Mənbə: RBK