“Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Təxribat zamanı şəhid olan hərbçilərimizə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edirik”, – spiker əlavə edib.