• Bz. Noy 24th, 2024

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

ByYenigun.news

Mar 27, 2024

“Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır və bu, Paşinyanın dövründə baş verəcək. Buna heç bir şübhəm yoxdur”.

Bunu erməni mətbuatı ilə söhbətində rusiyalı politoloq Modest Kolerov deyib.

O, hərbi bazanın çıxarılması təşəbbüsü ilə məhz Ermənistanın çıxış edəcəyi proqnozunu verib.

“Hərbi bazanın mövcudluğu çoxdan dayanıb. Üstəlik, onun varlığının heç bir hərbi mənası yoxdur, çünki bu hərbi bazanın fəaliyyəti təkcə Ermənistanın mərkəzi orqanları deyil, həm də Gümrünün yerli hökuməti tərəfindən tamamilə məhdudlaşdırılır. Çoxdan məlumdur ki, hətta batalyon təlimləri zamanı, yəni cəmi 300 nəfər üçün Gümrü meriyasının razılığını almaq lazımdır. Əgər o, hərbi plana uyğun işləmirsə, deməli, sadəcə olaraq köhnəlmiş və bir çox hallarda artıq paslanmış, işlək olmayan hərbi texnikaların anbarıdır”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, bu səbəbdən baza Türkiyə üçün təhlükə yaratmır və yarada bilməz, ona görə də Türkiyə sanksiyalar baxımından bu uğursuz bazaya görə heç vaxt ABŞ ilə münaqişəyə girməyəcək.

“Rusiyanın Ermənistandakı yeganə hərbi varlığı Gümrü hərbi bazasının Erebuni hava limanındakı filialıdır. Müasir texnika var, amma bunlar Ermənistan hakimiyyətinin icazəsi olmadan havaya qalxa bilməyən təyyarələrdir. Bu da anbardır. Beləliklə, Gümrü hərbi bazası və Erebuni şöbəsi Rusiyanın maraqlarını heç bir şəkildə qorumur. Burada danışıqlar üçün heç bir mövzu yoxdur, Rusiyanın xüsusi maraqlarından söhbət də gedə bilməz: “qatar getdi”. Sərhədçilər də gedəcək, baza da gedəcək”.

Başqa sözlə, Kolerovun fikrincə, Ermənistan artıq Rusiya üçün maraqlı deyil.

“Bəli, maraq dairəsində deyil və 2008-ci ildən çox vaxt keçib”, – deyə rusiyalı politoloq əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir