“Azərbaycan digər ölkələrlə müqayisədə pandemiyanın öhdəsindən uğurla gəldi”.
Bunu “Report”a Moldovanın sabiq Prezidenti Petru Luçinski bildirib.
Onun sözlərinə görə, IX Qlobal Bakı Forumunun panellərindən birində pandemiyanın fəsadları mövzusu müzakirə olunub.
“Səhiyyə nazirinin çıxışı Azərbaycandakı vəziyyət haqqında aydın təsəvvür oyatdı. Yalnız səhiyyə sistemi, hökumət və cəmiyyətin əlaqəli fəaliyyəti ilə СOVID-19-un yayılmasının qarşısını almaq olar. Hökumətin cəmiyyət, əhali ilə sıx əlaqədə olması hər zaman müsbət nəticələr verir. Bu, müvəffəqiyyətin əsasıdır”, – Luçinski deyib.