• Ç. Noy 27th, 2024

Moris Pindard: “Torpaqlarımız Fransa tərəfindən talan edilir”

ByYenigun.news

İyl 6, 2023


“Torpaqlarımızın 90 faizi Fransa tərəfindən mənimsənilib, təbii sərvətlərimiz talan edilib və proses yenə davam edir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindard deyib.

O qeyd edib ki, ölkəsi hələ də müstəmləkə vəziyyətində yaşayır və Fransanın istismarına məruz qalır.

“Ölkəmizdə işsizlik 30 faizdir. Məmurlarımız da Fransa hökuməti tərəfindən təyin edilir”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir