Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Ölkə liderləri Avrasiya Ali İqtisadi Şurasının iclasından sonra Kreml sarayında danışıqlar aparıblar.
Söhbətin mövzularından biri, gözlənildiyi kimi, Azərbaycan – Ermənistan münasibətləri, Cənubi Qafqazda nizamlanma prosesi olub.
Xatırladaq ki, bundan əvvəl Putinin Aİİ sammitində ilk dəfə qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü olub.
Mənbə: kremlin.ru