• Ç. Noy 27th, 2024

Mövlud Çavuşoğlu: “Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var”

ByYenigun.news

Sen 25, 2022

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var və bu fürsəti dəyərləndirməsi lazımdır.

Əlli ilə əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Angelesdə qətlə yetirildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-ın ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir