• Şb. Dek 20th, 2025

Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar paylaşım edib – FOTO

Byadmin

Fev 26, 2024


“32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq”.

Bu sözləri Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar özünün “X” hesabında yazıb.

“Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, – M.Çavuşoğlu qeyd edib.