Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.