• Şb. Noy 30th, 2024

Mübariz Mənsimov özü haqqında saxta təəssürat yaradır – ŞƏRH

ByYenigun.news

May 7, 2022

“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov biznes həyatına başlayandan sonra onun haqqında bir sıra iddialar ortaya atılıb. Həmin iddialarda Mənsimovun adı yaxşı işlərdə hallanmayıb, onun adı daim qalmaqalların, qaranlıq işlərin ya birbaşa müəllifi, ya da həmmüəlifi qismində çəkilib.

Mübariz Mənsimov özünün SSRİ-nin Əfqanıstanda apardığı müharibədə döyüşdüyünü də bildirib, amma nədənsə bu dedikləri təsdiqini tapmayıb.

“Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial şəbəkə hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb: “22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası – Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunub. Sonradan hərbi hissə RF-in Çita vilayətinin ərazisinə köçürülüb.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Beləliklə, aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” əhvalatı öz təsdiqini tapmayıb.

Görünür ki, Mübariz Mənsimov özünün müharibə veteranı obrazını da düz-əməlli yarada bilməyib və saxta yollara əl atıb.

Bu cür hallar təəccüblü gəlməməlidir, yəqin ki, Mənsimov belə təqdimatlarla öz keçmişindəki qaranlıqların üzərinə pərdə çəkmək istəyir, amma düşünmür ki, insanlar da çörəyi qulaqlarına yemirlər.

Sürətli informasiya mübadilələri ilə deyilənlərin həqiqət olub-olmadığını araşdırmaq iki vur ikidir, amma görünür ki, Mübariz Mənsimov bunu unudub.

Unutqanlıq pis şeydir, elə bunun nümunəsini Mənsimovun timsalında da görürük. Mübariz Mənsimov xoşlayır ki, onun haqqında şişirdilmiş təqdimatlar edilsin, buna görə, bəlkə də, kimlərəsə “görüm-baxım” edir.

Amma Mənsimov öz həqiqətlərinə yalnız özünü inandıra bilər.

Bir neçə il öncə Mənsimov Fətullah Gülən camaatının iqtisadi əllərindən birinə çevrilmişdi və onun FETÖ ilə əlaqələrinə dair Türkiyə mətbuatında xeyli sayda materiallar dərc edilib. Sonra olan oldu və Mənsimov əsas dayaqlarından birini itirdi, indi isə başqa mənbələr hesabına özünə yeni dayaqlar yaratmaq istəyir.

Mənsimov bu dəfə reputasiyasındakı ləkələri silmək üçün gah müharibə veteranı olduğu təəssüratını yaradır, gah da başqa fikirlərlə özünə xal yığmağa çalışır.

Hə, bir də, Mənsimovun bir neçə il öncə erməni əsilli amerikalı biznesmen Levon Termencyanla iş ortaqlığına dair məlumatlar mövcuddur.

O Termencyan ki, Qarabağ işğalda olan müddətdə orada ambisiyaları, Ermənistan hakimiyyətinə dəstəyi olub.   

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir