Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Zakir Samiddin oğlu Ağayevə
general-mayor Azər Əli oğlu Əliyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Nicad Kamandar oğlu Qarayevə
polkovnik Akif Səməndər oğlu Pirverdiyevə
polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova
polkovnik Eldəniz Telman oğlu Yəhyayevə
polkovnik Zaur İlham oğlu Zeynalova
“tibb xidməti general-mayoru” hərbi rütbəsi
tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.