“Türkiyənin Avropa İttifaqına (Aİ) qəbul olunmaması faciədir”.
“Report” xəbər verir ki, bunu Münhen Təhlükəsizik Konfransı fondunun prezidenti Volfqanq İşincer XI Qlobal Bakı Forumu çərçivəsində “Regional perspektivlər: Aİ və qonşuları” mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı işlər davam etdirilməlidir:
“Bu məsələ təkcə Ukrayna yox, həm də Türkiyə üçün vacibdir”.