“İrana xüms, zəkat adı ilə verilən pulların bir qismi Ermənistana ötürülür”.
Bunu Baku TV-nin “Baku Analitik” verilişində Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli deyib.
O qeyd edib ki, həmin pullar Ermənistana silah, nəfəslik verilməsi üçün istifadə edilir.
“Onlar da balalarımızın, qohumlarımızın, əsgərlərimizin şəhid olunması üçün istifadə edilir”, – deyə M.Ələsgərli vurğulayıb.