Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycana başsağlığı verib.
Şəntop bu barədə “Twitter” hesabında paylaşım edib.
“Can Azərbaycanla ortaq dərdimiz olan 20 Yanvardan 33 il keçir…
Əsarətə və işğala məhkum edilməyə çalışılan qardaş Azərbaycanın müstəqilliyi uğrunda şəhadətə yüksələn 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm.
Uca Allah bir daha belə dərdlər göstərməsin”, – deyə o, paylaşımında qeyd edib.
Can Azerbaycan ile ortak acımız olan #20Yanvar’ın üzerinden 33 yıl geçti… ????
Esarete ve işgale mahkum edilmeye çalışılan kardeş Azerbaycan’ın istiklâli uğruna şehadete yükselen 20 Yanvar şehitlerini rahmetle anıyorum.
Cenab-ı Hakk bir daha böyle acılar yaşatmasın.
— Mustafa Şentop (@MustafaSentop) January 20, 2023