• Ça. Dek 23rd, 2025

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib – FOTO

Byadmin

Apr 25, 2024




Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım edilib.

Görüşdə Petersberq İqlim Dialoqunun təşkilatçısı kimi Almaniya tərəfinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, dialoq bu ilin noyabrında Bakıda keçiriləcək COP29 sammiti istiqamətində həlledici addımdır.