• Be. Noy 25th, 2024

Muxtar Babayev Ümumdünya İqlim Fondunun rəhbəri ilə COP29-a hazırlığı müzakirə edib

ByYenigun.news

Mar 7, 2024


Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Dünya İqlim Fondunun prezidenti Yens Nilsson arasında görüş olub.

Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir