Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyləri münasibətilə ölkəmizin NATO yanında nümayəndəliyi tərəfindən Alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında rəsmi qəbul təşkil edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən məlumat verilib.
Bildirilir ki, tədbirdə NATO baş katibinin köməkçiləri, NATO-nun üzv və tərəfdaş ölkələrinin Alyans yanındakı səfirləri, hərbi nümayəndələri, diplomatik korpusun üzvləri, NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının üzvləri, Alyansın Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE), eləcə də NATO-nun Dəstək və Təchizat Agentliyinin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.