• Be. Noy 25th, 2024

Naxçıvan-Məşhəd dəmiryolu xəttinin açılması təklif olunur

ByYenigun.news

İyn 24, 2022

“Naxçıvanla İranın Məşhəd şəhəri arasında dəmiryolu xətti var. Bu yolun açılması çox yaxşı olardı”.

“Report” xəbər verir ki, bunu Naxçıvana səfəri çərçivəsində İranın Şərqi Azərbaycan Vilayətinin Səyahət Agentlikləri Assosiasiyasının rəhbəri Rəşid Rəcbpur deyib.

“Biz istəyirik ki, iki ölkə arasında gediş-gəliş artsın. Naxçıvandan İrana daha çox alış-veriş və tibbi məqsədlər üçün gəlirlər. Bizim istəyimiz budur ki, dəmir yolu açılsın, naxçıvanlılar Məşhədə rahat gələ bilsinlər. İndi onlar əvvəlcə Təbrizə, oradan da Məşhədə gəlirlər”, – deyə, o söyləyib.

İran nümayəndə heyətinin digər üzvləri isə Naxçıvanda hotellərin baha olmasından narahat olduqlarını və qiymətlərin aşağı salınmasını istədiklərini bildiriblər.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə isə bildirib ki, Azərbaycanda turizm sahəsində qiymətləri dövlət deyil, bazar tənzimləyir: “Bu səbəbdən də mövsümdə qiymətlərin bir qədər yüksək olması normaldır. Amma ölkəmizdə yeni hotellər tikilir və bu da rəqabət mühiti şəraitində qiymətləri aşağı salır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir