• Ca. Dek 25th, 2025

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək

Byadmin

Sen 7, 2023


Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətinin məlumatına görə, yarış sentyabrın 21-22-də baş tutacaq.

Bölgədə təşkil olunacaq ilk beynəlxalq turnir çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksi kiçikyaşlı, yeniyetmə və gənc gimnastları qonaq edəcək.