Baku TV-nin efirində xəbər vaxtıdır.
İranda səfirliyimizə qarşı terror hücumunun qarşısını alanlar təltif edildilər. Prezident İlham Əliyev sərəncam imzaladı.
Naxçıvanda müəllimlərlə direktor arasında qarşıdurma böyüyür. Muxtar respublikanın təhsil naziri işə qarışdı.
Ölkəyə idxal edilən soğan gömrük rüsumundan azad edildi. Nazirlər Kabineti qərar verdi.
Sakinlər kanalizasiya olmamasından əziyyət çəkir və problemlərdən gileylənirlər. Aidiyyəti qurumlar isə ərazinin hara aid olmasını aydınlaşdırırlar.
Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: