Naxçıvan Muxtar Respublikasının baş nazirinə müavin təyin edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Bəxtiyar İbrahim oğlu Məmmədov gətirilib.
O, kollektivə bu gün təqdim olunub.
Qeyd edək ki, B.Məmmədov bundan əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
O, 1971-ci ildə Naxçıvan şəhərində anadan olub.