“Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi həm Mədəniyyət Nazirliyi, həm Elm və Təhsil Nazirliyi, həm də aidiyyəti digər qurumlar tərəfindən əsas hədəflərdən biridir”.
APA xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda mədəniyyət naziri Adil Kərimli deyib.
“Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır”, – nazir əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşib:
“Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək”.