“Bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı üçüncü tərəflər tərəfindən destruktiv və təxribatyönümlü addımların atılması tamamilə yolverilməzdir”.
“Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dövləti buna yol verməyəcək: “Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur”.