“Üçüncü “Yüksəliş” müsabiqəsinin finalçıları arasında daha çox iqtisadiyyat, maliyyə və hüquq ixtisasları üzrə nümayəndələr yer alırlar”.
Oxu.Az xəbər verir ki, bununla bağlı gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, müasir idarəçilərin ən üstün cəhətləri rəqəmlərlə işləməkdir:
“Amma eyni zamanda həmin şəxslər hüquq, idarəetmə sahələrini bilməlidirlər.
Bir çox iştirakçı sırf qalib olmaq niyyəti ilə deyil, proses maraqlı gəldiyinə görə yarışa qatılıb”.
Aysel Aslan