• Ca. Noy 28th, 2024

Neftin bahalaşması pensiyalara necə təsir edəcək?

ByYenigun.news

Sen 11, 2023


“Neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir:

“Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımından da əhəmiyyətlidir”.

V.Bayramovun sözlərinə görə, əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindəndir:

“Gələn ilin yanvarında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir