İsrail parlamenti (Knesset) ölkədə düşmən medianın bağlanmasına icazə verən qanunu təsdiqləyib.
Qanunun lehinə 71 deputat səs verib, 10 deputat isə əleyhinə çıxıb.
İsrailin baş naziri Benyamin Netanyahu Qətərin “Əl-Cəzirə” telekanalının İsraildə yayımının dayandırılması üçün operativ tədbirlər görəcəyini vəd edib.
“Terrorçu “Əl-Cəzirə” telekanalı bundan sonra İsraildə yayımlanmayacaq. Kanalın fəaliyyətini dayandırmaq üçün dərhal yeni qanuna uyğun addımlar atmaq niyyətindəyəm”, – deyə baş nazir bəyan edib.
Mənbə: TASS