Niderlandın https://www.haber.nl xəbər portalında “Azərbaycanın terror ünsürlərinə qarşı əməliyyatı ermənilərə geri addım atdırdı” sərlövhəli məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Beynəlxalq Qadınlar Klubu”nun sədri Kəmalə Cəlilovanın qələmə aldığı məqalədə Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərin separatçıların təslim olması ilə nəticələndiyi, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətinin nəzərə alındığı, tam atəşkəs haqqında razılaşma əldə olunduğu, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildiyi barədə ətraflı məlumat verilib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın sülh və sabitlik üçün hər zaman hazır olduğunu bəyan etdiyi vurğulanıb.