“Bu, mənim Azərbaycana ilk səfərimdir. İki gün ərzində burada bir çox şeyin şahidi oldum. Qarabağ bölgəsi çox gözəldir. Buraya gəldiyim və bu əraziləri gördüyüm üçün çox şadam”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan niderlandlı səyyah Hilo Terhorst ifadə edib.
Azad olunmuş ərazilərdə tikinti işlərinin həyata keçirildiyini, binaların yenidən qurulduğunu vurğulayan səyyah deyib:
“Buradakı hər şey yeni səviyyəyə doğru irəliləyir. Azərbaycanlılar bu ərazilərin bərpası üçün böyük işlər görürlər. Azərbaycana yenidən səfər etmək niyyətindəyəm, çünki Bakını da görmək istəyirəm”.