• Ça. Noy 26th, 2024

Nigeriya BRİKS-ə qoşula bilər

ByYenigun.news

Mar 9, 2024


Nigeriya BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika qrupu) qoşulmaq imkanlarını araşdırır.

Bunu ölkənin xarici işlər naziri Yusuf Tuqqar deyib.

Nazirin sözlərinə görə, bu addım iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində əlaqələrin dərinləşdirilməsi məqsədilə atıla bilər.

Qeyd edək ki, Tuqqar martın 5-7-də Rusiya Federasiyasında səfərdə olub və iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bəyan edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir