• Ca. Noy 28th, 2024

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib

ByYenigun.news

Apr 26, 2024




“Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir”.

“Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəfləri formalaşdıra bilərik. İqlim maliyyələşməsinə biz büdcədən 6 milyard avro ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da biz iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm”, – o qeyd edib.

O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsi üçün təşəkkür edib.

“Mən əminəm ki, biz əməkdaşlığımızı daha da dərinləşdirəcəyik”, – kansler deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir