• Ca. Noy 28th, 2024

Ölkəmiz siyasi-iqtisadi mövqeyini uğurla genişləndirir

ByVuqar Ferzeliyev

Sen 20, 2022

       Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı həm ölkəmizdə, həm dı xaricdə böyük rezonans doğurmuşdur. Prezident İlham Əliyev görüş iştirakçılarına Azərbaycanın yüksək potensialı barədə məlumat verdi. Dövlət başçımız çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar ya­ratmışdır. Azərbaycan Prezidenti çıxışında Zəngəzur dəhlizinə toxundu və göstərdi ki,  2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inki­şafı üçün yeni imkanlar yaradıb.

Azərbaycanın bu vəzifəni yerinə yetirmək üçün imkanları yetərincədir. Dövlət başçısının qeyd etdiyi kimi, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

 Füzuli Hava Limanı, Zəngilan və Laçında istifadəyə verilməsi gözlənilən  Beynəlxalq Hava Limanları deyilənləri əsaslandırır. Bütün bunlar birbaşa Azərbaycanın Zəngəzur dəhlizi prosesindəki qətiyyətli məqsədlərini reallığa çevirməkdədir. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Bizi təəssüfləndirən yalnız budur ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Düşünürük ki, beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasının vaxtı çoxdan çatıb.

Rafael Məmmədov,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir