• Şb. Noy 23rd, 2024

“Ordumuzun sayəsində Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış separatçı qurum artıq yoxdur” – ŞƏRH

ByYenigun.news

Sen 29, 2023


“Qarabağda lokal antiterror əməliyyatlarının həyata keçirilməsi, qondarma rejimin özünü buraxması Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi zəfəridir. Artıq 200 illik erməni layihəsi iflasa uğradı”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, Ermənistanın qurduğu böyük planlar Azərbaycan Ordusunun sayəsində dəf edildi:

“Ermənistanın əsas məqsədi “Böyük Ermənistan” qurmaq idi. Buna bütövlükdə Azərbaycan ərazisini işğal etmək daxil idi. Son 200 illik tarixdə ilk dəfə Azərbaycan torpaq itirmədi, əksinə, öz tarixi torpaqlarını geri qaytardı. Prezidentin rəhbərliyi ilə biz qələbəmizi təmin etdik, məğlub xalqdan qalib xalqa çevrildik.

Bu, tarixi zəfərdir, uğurdur. Buna nail olmaq üçün xalqımız böyük bir yol qət etdi. Xalqın birliyi, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eləcə də, qəhrəman əsgərlərimizin rəşadəti böyük rol oynadı.

Biz tariximizin ən şərəfli, qürurlu, şanlı günlərini yaşayırıq. Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış, qondarma, separatçı qurum yoxdur. Torpaqlarımız düşmən tapdağından qurtulub. Suverenliyimizin təminatı, sərhədlərimizin toxunulmazlığı, ərazi bütövlüyümüz bərpa edilib. Azad edilmiş torpaqlarımızda quruculuq işləri aparılır və ərazilərimizin tam hakimi bizik. Bütün bunlar Prezident İlham Əliyevin tarixi zəfəri sayəsində reallaşdı. Azərbaycan 200 illik erməni layihəsini birdəfəlik tarixin tozlu səhifələrinə göndərə bildi”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir