• Ca. Dek 25th, 2025

Oxu.Az-ın əməkdaşı Beynəlxalq Siyasi Məsləhətçilər Konqresində Azərbaycanı təmsil edib – FOTO

Byadmin

Dek 15, 2023


15-16 dekabr 2023-cü il tarixlərində Kiyevdə IX Beynəlxalq Siyasi Məsləhətçilər Konqresi keçirilir.

Tədbirin mövzusu “Müharibə zamanı siyasət”dir.

Konqres Azərbaycan, Ukrayna, ABŞ, İsrail, Polşa, Əlcəzair, Moldova, Fransa və Afrikadan olan ekspertlərin iştirakı ilə təşkil olunub.

Panellərin birində Oxu.Az-ın əməkdaşı, Azərbaycanın əməkdar jurnalisti Nair Əliyev onlayn məruzəçi kimi çıxış edərək Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycan-Ermənistan nizamlanması, ikitərəfli danışıqların əhəmiyyətindən danışıb.