Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə martın 1-2-də Bakıda işgüzar səfərdə olacaq.
Özbəkistan liderinin mətbuat xidmətinin məlumatına görə, Bakı proqramı Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakını nəzərdə tutur.
Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, eləcə də beynəlxalq aləm üçün artan çağırış və təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və praktiki əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri daxildir.
Bundan əlavə, Özbəkistan lideri ilə Azərbaycan Prezidenti arasında əvvəllər əldə edilmiş razılaşmaların praktiki icrasının müzakirəsi üçün ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.