“Ərzaq çatışmazlığı, siyasi və iqtisadi mübahisələr təkcə bir dövlətə deyil, ümumilikdə regionlara təsir edir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclasında deyib.
O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq dinamikaya müsbət təsir edib, qlobal həmrəyliyi sürətləndirən addımlar atıb.
“Bu gün Hərəkat regional və beynəlxalq siyasətdə aparıcı mühərrikə çevrilir. Bu, prioritet sahələrdə əməkdaşlığı gücləndirir, Qoşulmama Hərəkatının qlobal rolunu artırır”, – deyə o əlavə edib.