• Ç. Sen 24th, 2025

Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki “seçki”ni pisləyib

ByYenigun.news

Sen 10, 2023


Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkiləri pisləyib.

Bu barədə Pakistan XİN-in rəsmi saytında qeyd olunub.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma seçki keçirməklə bağlı istənilən cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Bu cəhd həmçinin BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulmasıdır”, – deyə bəyanatda qeyd edilib.